Trampın "faiz endirimi" çağırışları gec-tez yerinə yetirilə bilər
ABŞ Prezidenti Donald Trampın Fed-ə ünvanladığı "faiz endirimi" çağırışları gec-tez yerinə yetirilə bilər.
ABŞ Prezidenti Donald Tramp, faiz endirimi çağırışı edərək zəif inflyasiya məsələsində nə edilməsi lazım olduğuna dair Fed-dəki müzakirələrə qoşulub.
"Marja" xəbər verir ki, Trampın faizlərin endirilməsi tələbinin yerinə yetiriləcəyini düşünmək "dəlilik" deyil. Trampın "faiz endirimi" çağırışları gec-tez cavablandırıla bilər.
Tramp və Ağ Evin iqtisadi müşaviri Larri Kudlow mərkəzi bankın (Fed) siyasət istiqamətini dəyişdirməsi çağırışını edirlər. Səbəb, ABŞ iqtisadiyyatının hələ də artmasına baxmayaraqi inflyasiyanın yüksəlməməsidir. ABŞ iqtisadiyyatının artım tempi də zəifləyir.
Tramp Cümə günü açıqlamasında, "Fed faizləri endirməlidir. Bizi həqiqətən çox ləngidilər. İnflyasiya yoxdur",- deyib.
Zəif inflyasiyanı vurğulayan Tramp, Fed rəsmilərinin səbəbini anlamaqda çətinlik çəkdiyi həssas bir məqama toxunmuşdur.
İnflyasiyanın zəif gedişini təəccüblə qarşılayan Fed rəsmiləri, 2018-də 4 dəfə faiz artırdıqdan sonra növbəti addımı müəyyən etmək üçün "səbrli" olamağa qərar veriblər. Fed rəsmiləri bu qərar ilə zəif qiymət təzyiqlərinə işarə edirlər. Fed sədri Jerome Pauell, Fed-in 2%-lik inflyasiya hədəfinə nail ola bilmədiyini etiraf edir. İllərdir inflyasiya davamlı 2% olmur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
İnvestorlar Fed-in faizləri endirəcəyinə böyük ehtimal verirlər. Bununla yanaşı, Fed rəsmiləri hələlik faiz endiriminə dair bir siqnal verməyiblər. Əksinə, bir çox Fed rəsmisinin fikiri növbəti addımın faiz artırımı olacağı barədədir.
Fed-in Filadelfiya şöbəsinin sədri Patrik Harker, Cümə günü açıqlamasında, "Mən faiz endiriminə heç vaxt "heç bir zaman" demərəm. Ancaq bu nöqtədə mən, bu il, ya da gələn il faiz endirimi nəzərdə tutmuram", - demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl