Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şəhərin mərkəzinə girişdə 12,5 funt-sterlinq ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəhərin mərkəzinə girişdə 12,5 funt-sterlinq ödəniləcək

Havanı çirkləndirən avtomobillər Londonun mərkəzinə pulla girəcək


 

Londonun mərkəzinə gündə 40 mindən az avtomobilin daxil olmasını təmin edəcək "Ultra Aşağı Emissiya Sahəsi" (ULEZ) qaydası qüvvəyə minib.

 
"Marja" xəbər verir ki, London Bələdiyyəsi, havanı çirkləndirən maşınların şəhərin mərkəzinə daxil olmasının qarşısını almağı hədəfləyən ULEZ layihəsinin tətbiqini başlayıb.


AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

Yeni qaydaya görə, müəyyən edilən emissiya standartlarına uyğun gəlməyən avtomobillər ilə şəhərin Westminster və City bölgələrini əhatə edən mərkəzinə giriş zamanı gündəlik 12,5 funt-sterlinq (təxminən 28 manat) ödəniləcəkdir. Hazırda Londonda, şəxsi avtomobillər ilə həftə içi 07.00- 18.00 saatlarında şəhər mərkəzinə girərkən 11,5 funt-sterlinq ödəniş edilir.
 

Bundan sonra, minimum Avro 3 standartına cavab verməyən motosikletlər, minimum Avro 4 standartına cavab verməyən benzin və Avro 6 standartına cavab verməyən dizel avtomobillər ilə şəhərin mərkəzinə daxil olarkən 12,5 funt-sterlinq ödəniş ediləcəkdir. Avro 6 standartına cavab verməyən avtobuslar və yük maşınları isə şəhər mərkəzinə girmək üçün gündəlik 100 funt-sterlinq ödəyəcək.
 
 
 ULEZ qaydalarını pozanların 160 funt-sterlinq cərimələnməsi nəzərdə tutulur.

 

ULEZ tətbiqinin, 2021-də şəhəri əhatə edən şimal və cənub dairə yollarına qədər genişləndiriləcəyi bildirilib.

 

London Bələdiyyəsi, ULEZ tətbiqi ilə şəhərdəki zəhərli emissiyanı 2 il ərzində 45 faiz azaltmağı hədəfləyir.
 

Bələdiyyə məlumatlarına görə, şəhərdəki vasitələrin hazırda  60%-i müəyyən edilən emissiya standartlarını qarşıladığı üçün yeni tarifdən təsirlənməyəcək.

08.04.2019 13:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ