Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Beynəlxalq Bank 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verdi

® “Bulvar Hoteldə” 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçirilib. ALPHA Coaching & Consulting şirkətinin təşkilatçılığı, Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “İndi dəyişiklik zamanıdır” devizi altında təşkil olunan konfransa Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərib. 

 

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı bildirib ki, dünyanın qabaqcıl şirkətləri kouçinqdən geniş şəkildə istifadə edirlər: “Bu, qurumdaxili ab-havanın yaxşılaşdırılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi, əməkdaşların motivasiya və performanslarının yüksəldilməsi üçün dəyərli bir alətdir. Azərbaycan Beynəlxalq Bankının 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstəyi də bu tədbirin cəmiyyətimiz üçün əhəmiyyətindən, ölkəmizin biznes mühitinə müsbət faydalarından irəli gəlir”.

 

Tədbirin təşkilatçısı ALPHA Coaching & Consulting şirkətinin qurucusu, Beynəlxalq Kouçinq Federasiyasının assosiativ üzvü Fidan Əzimli bildirib ki, kouçinq – müasir iş dünyasının yüksələn trendidir: “O, müsbət dəyişikliklər və faydalı öyrənmə üçün əvəzsiz fürsətlər yaradır. 1-ci Bakı Kouçinq  və Liderlik Konfransı da ölkəmizdə bu sahədə maraqlı bir ənənənin əsasını qoydu”.

 

Toplantıda Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan 300-dən çox mütəxəssis və idarəçi iştirak edib. 1-ci Bakı Kouçinq və Liderlik Konfransında BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Gestalt Kouçinq Məktəbinin qurucusu Dorozi Siminoviç, Avropa Mentorinq və Kouçinq Şurasının Prezidenti Rıza Kadılar, Beynəlxalq Kouç Federasiyasının regional direktoru Veronika Lisayt, PwC Azərbaycanın ölkə üzrə idareedici partnyoru Mövlan Paşayev, ICF Türkiyə ofisinin rəhbəri Fatma Eser Ömeroğlu, Six Seconds şirkətinin regional direktoru Ceyn Morrison, Adler Central Europe şirkətinin baş direktoru Ayşe Coral, “Forbes” jurnalının köşə yazarı Anna Mavriçeva, Qlobal Kouçinq Universitetinin prezidenti Alexandra Pritsker və b. tanınmış xarici və yerli kouçlar, liderlik üzrə mütəxəssislər maraqlı təqdimatlarla çıxış ediblər.

09.04.2019 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ