Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BVF-nin Azərbaycan üzrə missiyanın yeni rəhbəri sabah hökumətə təqdim ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF-nin Azərbaycan üzrə missiyanın yeni rəhbəri sabah hökumətə təqdim ediləcək

Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın yeni rəhbəri Natalia Tamirisa sabah Bakıya gələcək. 

 

Bunu açıqlamasında Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd əl Qorçu deyib.

 

Məhəmməd əl Qorçu deyib ki, Natalia Tamirisa  Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Maliyyə Nazirliyi və başqa iqtisadi qurumlarda görüş keçirəcək:

 

"Mən özüm Azərbaycana dünən gəldim. Amma sabah missiyanın yeni rəhbəri Natalia Tamirisa gələcək. Onu hökumətin iqtisadi blokuna təqdim edəcəm".

 

İMF rəsmisi yenidən Azərbaycan üzrə missiyasına rəhbərlik etməməsinin səbəbinə də aydınlıq gətirib:

 

 

"Valyuta Fondunun qaydalara görə, bir dəfə seçilmək hüququm var və 3 il bu vəzifəni tuta bilərəm. İMF-in 190-a qədər üzvü var. Onlardan hər birində missiyanın rəhbəri vəzifəsinə təyinat ala bilərəm. Hazırda isə işimi Qatarda davam edirəm".

 

“Report” məlumat verdiyi kimi, Natalia Tamirisa IMF-in Azərbaycan üzrə missiyanın rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb. Onun Azərbaycana səfəri aprelin 11-dək davam edəcək və hökumətlə tanışlıq məqsədi daşıyır.

 

1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© "Report"

09.04.2019 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ