Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mühasibə ehtiyac yoxdur, onun əvəzinə "eclick" edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mühasibə ehtiyac yoxdur, onun əvəzinə "eclick" edəcək

(®) Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən etibarən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər istisna olmaqla, digər xidmətlərin göstərilməsini həyata keçirən şəxslər- hüquqi və ya fiziki şəxslər (Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

 

Reklam_3_11

Vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxslərə xidmət göstərən fiziki şəxslər - fərdi sahibkarlar 1 yanvar 2019-cu il tarixdən etibarən fiziki şəxslərin gəlir vergisi ödəyicisi olmalıdırlar.

 

1 yanvar 2019-cu il tarixdən fiziki şəxslər əvvəlki dövrdə təqdim etdikləri sadələşdirilmiş vergi bəyənnaməsi əvəzinə, məcburi dövlət sosial sığorta haqqında rüblük hesabat, rüblük cari vergi ödəmələrinin hesablanması haqqında arayış (təqdim edilmədiyi təqdirdə vergilər vergi orqanı tərəfindən hesablanacaq) və illik gəlir vergisi bəyənnaməsi təqdim etməlidirlər.

 

Fiziki şəxs-fərdi sahibkarlar cari vergi ödəmələrinin hesablanması haqqında arayışı və illik gəlir vergisi bəyənnaməsini (gəlir, xərc və əlavə 1- balans bölmələri) təqdim etmək üçün həyata keçirdikləri iş və xidmətlərin, xərclərin və bank əməliyyatlarının uçotunu aparmalıdırlar.

 

"Verivia" şirkətinin komandası Azərbaycanda ilk dəfə olaraq xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar üçün onların həyatını asanlaşdıran, vaxtına qənaət edən, elektron uçotla təmin edən, cəmi 1 “click”-ə dövlət orqanlarına təqdim edilməli hesabatları tərtib edən “eclick” onlayn mühasibat proqramını təqdim edir.

 

Fərdi sahibkarlar, mühasib olmağınıza ehtiyac yoxdur, bunu sizin əvəzinizə “eclick” edəcək.

 

Ətraflı məlumat üçün: www.eclick.az

 

12.04.2019 06:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ