Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AİB Azərbaycanda bankların maliyyələşdirilməsini bərpa etməyi planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AİB Azərbaycanda bankların maliyyələşdirilməsini bərpa etməyi planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Asiya İnkişaf Bankı (AİB) ilin sonuna qədər Azərbaycanın bank bazarında iştirakını genişləndirməyi planlaşdırır.

 

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov  açıqlamasında bildirib ki, təmsil etdiyi bank Ticarət Maliyyələşdirmə Proqramı (TFFP) çərçivəsində bankı müəyyənləşdirməyi planlaşdırır.

 

"Azərbaycan bankları vasitəsilə ixrac-idxal əməliyyatlarını dəstəkləməyə hazırıq. İlin sonuna qədər, çox güman, müştərisinə dəstək verməli olan bir bankı müəyyənləşdirəcəyik" - N.Mannepbekov deyib. 

 

O qeyd edib ki, bu proqram çərçivəsində bankların siyahısının genişləndirilməsi də istisna deyil.

 

Onun fikrincə, bu, AİB-in ticarətin maliyyələşdirilməsinə dair proqramında iştirak etmək üçün yerli bankların uyğun gəlməli olduğu kriteriyalardan asılıdır.

 

"Hələlik AİB-in digər bankların səhmdarlarının tərkibində iştirak etmək planı yoxdur", - bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib.

 

Ümumiyyətlə, AİB TFFP-nin icrasına 2004-cü ildə başlayıb. AİB-in ticarətin maliyyələşdirilməsi proqramı ticarətin təşviqi üçün zəmanətlər və kreditlər verir, bu da bütün Asiya regionunda çox sayda şirkət və müəssisənin ixrac-idxal əməliyyatları aparmasına imkan verir.

 

Bu proqrama qoşulan ilk banklar 2006-cı ildə "AGBank" və "Bank Respublika" olub. AİB özəl sektorun inkişafına dəstək məqsədi ilə Azərbaycan banklarının aktiv maliyyələşdirilməsinə 2007-ci ildə başlayıb. Bu siyahı aşağıdakı banklardan ibarətdir: "Azərbaycan Beynəlxalq Bankı", "Access Bank", "AGBank", "Bank of Baku", "Bank Respublika", "DəmirBank". AİB bu banklarla kiçik və orta biznesin dəstəklənməsi və ticarətin təşviqi üçün kredit xətləri çərçivəsində əməkdaşlıq edib. 2013-cü ildən sonra AİB Azərbaycan banklarına kredit verməyib. Sonuncu kredit "Access Bank"a 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində bankın mikro kreditlər verilməsi və Azərbaycanın kənd yerlərində, o cümlədən kənd təsərrüfatı müəssisələrində və fermerlərin kiçik və orta sahibkarlıq müəssisələrinə kredit ayırması üzrə fəaliyyətinə dəstək məqsədi ilə verilib.

 

AİB 2019-cu ildə ilk dəfə Azərbaycan bankının kapitalında iştirak payını alıb və "Access Bank"ın səhmlərinin 19,9%-nə sahibi olub.

 

Hələlik AİB-in digər bankların səhmdarlarının tərkibində iştirak etmək planı yoxdur", - bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib.

 

Xatırladaq ki, AAİB 1966-cı ildə yaradılıb və onun 67 üzvü var. Bankın qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-də bankın üzvlüyünə qəbul edilib, ölkənin bankın kapitalındakı payı 0,5 faiz təşkil edir.

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

© Report

10.04.2019 09:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ