Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gəncədə də güzəştli mənzillərin tikintisi üçün işlər aparılır - MİDA-DAN 3 İLLİK HESABAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncədə də güzəştli mənzillərin tikintisi üçün işlər aparılır - MİDA-DAN 3 İLLİK HESABAT

Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 3-cü ildönümü ilə əlaqədar qurumun inzibati binasında iclas keçirilib.

 

3 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açıb. O, qurumun yaradılmasının 3-cü ildönümü münasibəti ilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Cənab Sadıqov bildirib ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə  2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar torpaq sahələri ayrılmışdır. Paralel olaraq Gəncə şəhərində də güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə torpaq sahəsinin ayrılması üçün işlər aparılır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulmuşdur.

 

2018-ci ilin dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin açılışında iştirak etmiş, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq  yeni yaşayış kompleksinin təməlini qoymuşlar.  Yaşayış binaları ilə yanaşı yeni şəhərciyin ərazisində sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 1 mərtəbəli 350 (100,125,125) yerlik üç uşaq bağçasının, 3 mərtəbəli 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi, ərazidə 2200 sayda avtomobilin park edilməsi üçün açıq tipli dayanacaq nəzərdə tutulmuşdur.

 

Qeyd edildi ki, Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsi ilə həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olmuşdur. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir. Güzəştli şərtlərlə əldə edilmiş 430 mənzildən 94-ü 1 otaqlı, 229-u 2 otaqlı, 107-si isə 3 otaqlıdır.

 

 

Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Ümumilikdə, Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Hazırda 7 mərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılmışdır. Paralel olaraq digər 5 binanın tikintisi də sürətlə davam etdirilir.

 

Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirir. Ötən müddət ərzində MİDA tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin inşası üçün 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manata yaxın  investisiya vəsaitinin 11 milyon manat hissəsi uğurla reallaşdırılmışdır. Bununla yanaşı, Yasamal Yaşayış Kompleksində (15,4 ha) 12 binanın tikintisi üçün MİDA tərəfindən 4-cü özəl investor cəlb olunmuşdur. Şirkətin 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 10 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

11.04.2019 15:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ