Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Nobel Oil Services" Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq ISO 37001:2016 sertifikatını əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nobel Oil Services" Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq ISO 37001:2016 sertifikatını əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) "Nobel Oil Services" şirkəti Etika və Komplayensin mühüm hissəsi olan korrupsiyaya qarşı idarəetmə sistemini (ABMS) uğurla tətbiq etməklə ilk dəfə Cənubi Qafqaz regionun neft-qaz sənayesində bu sahədə ilk beynəlxalq standartı olan ISO 37001:2016 sertifikatını əldə edib.

 

Reklam_3_11

ABMS sertifikatı həmin sahədə nəzarət vasitələrinə dair ən qabaqcıl beynəlxalq təcrübəni tətbiq etməklə hər hansı korrupsiya və qeyri-qanuni halların qarşısının alınmasını, aşkar edilməsini və müvafiq tədbirlərinin görülməsini təmin edir. Sertifikat 120 ölkədə 45000-dən artıq müştəriyə xidmət göstərən, Birləşmiş Krallıqda yerləşən Lloyd’s Register Group Limited şirkətinin bir hissəsi olan LRQA tərəfindən aparılmış auditin nəticəsinə əsasən verilib.

 

Bu standartın tətbiqi tənzimləyici təlimat rolu oynamaqla bərabər şirkətə səmərəli idarəetmə sisteminin tətbiq edilməsi və müqayisəli təhlili üçün əhəmiyyətli tələbləri təmin etməyə imkan verir. Şirkət həmin sahədə qeyri-qanuni halların qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürür və səhmdara, rəhbərliyə, əməkdaşlara, müştərilərə, eləcə də digər aidiyyəti tərəflərə müvafiq addımların atılmasına zəmanət verir.

 

“Əsas korporativ dəyərlərimizdən ilhamlanaraq biznes əməliyyatlarımızda dürüstlüyə və şəffaflığa böyük önəm verməklə Nobel Oil Services şirkətində səmərəli Etika və Komplayens idarəetmə sistemini yaratdıq. Beynəlxalq səviyyədə tanınan qabaqcıl təcrübənin tətbiqi ilə ABMS üzrə auditdən uğurla keçərək Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq müvafiq sertifıkatı əldə etdik”, - Nobel Oil Services şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirdi.

 

ISO 37001:2016 standartının tətbiqi səmərəli idarəetmə fəaliyyətinin genişləndirilməsindən irəli gəlir və şirkətin dayanıqlı inkişafını təmin edərək güclü və etibarlı tənzimləyici komplayens strukturunun yaradılmasında mühüm rol oynayır.

 

"Nobel Oil Services" neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirir.

 

"Nobel Oil Services" həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. Nobel Oil şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.

12.04.2019 07:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ