Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankdan “Multivalyuta köçürmələri” xidməti - 100-dən artıq valyutada xaricə köçürmələr

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan “Multivalyuta köçürmələri” xidməti - 100-dən artıq valyutada xaricə köçürmələr

(®) Müştərilərin ehtiyaclarını hər zaman nəzərə alan Azərbaycan Beynəlxalq Bankı onların daha bir istəyini yerinə yetirib. Belə ki, banka xarici ölkələrə köçürmələri həyata keçirmək məqsədilə müraciət edən fiziki şəxs müştərilər bunu dünyanın bir çox valyuta növlərində də edə biləcəklər.

 

İndi hər bir müştəri Azərbaycan Beynəlxalq Bankının yeni təqdim etdiyi “Multivalyuta köçürmələri” xidmətindən faydalanmaqla xaricə köçürmələri ənənəvi valyuta növlərindən başqa dünyanın daha 100 – dən artıq valyutasında da rahatlıqla yerinə yetirə bilər. Bunun üçün müştərilərə xaricə köçürmə ilə bağlı müvafiq sənədləri təqdim etmək və istəyinə uyğun valyutanı seçmək kifayətdir. Sözügedən xidmətdən Azərbaycan Beynəlxalq Bankının istənilən filial və şöbələrində yararlanmaq mümkündür.

 

Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı ölkədə fəaliyyət göstərən banklar arasında ən çox müxbir hesablara malik bankdır və məhz bu səbəbdən bank mütəmadi olaraq öz müştərilərinə köçürmə xidmətləri üzrə yenilikləri təqdim etməyə davam edəcək.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

15.04.2019 09:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ