Türkiyədə rekord işsizlik açıqlandı, Türk Lirəsi dəyərdən düşdü
Türkiyədə işsizlik nisbəti Yanvarda 14.7%-ə, gənclər arasında işsizlik isə 26,7%-ə yüksəlib.
"Marja" xəbər verir ki, Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, Türkiyədə yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2019-cu ilin Yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 259 min nəfər artaraq 4 milyon 668 min nəfər olub. İşsizlik nisbəti 3,9 bənd artım ilə 14,7% səviyyəsində baş tutub. Proqnoz 14,6% idi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Həmin dövrdə; kənd təsərrüfatı xaric işsizlik nisbəti 4,1 bəndlik artım ilə 16,8% təşkil edib. Gənc əhali (15-24 yaş) arasında işsizlik nisbəti 6,8 bənd artım ilə 26,7%,15-64 yaş qrupunda isə bu nisbət 3,9 bənd artım ilə 15% təşkil edib.
Məlumatın açıqlanmasından sonra, Türk Lirəsi ucuzlaşıb. Dollar/TL məzənnəsi yenidən 5.80 səviyyəsini aşıb.
Son dövrdə Türkiyədə seçkilərə dair qeyri-müəyyənliklər, S 400 məsələsi və ABŞ ilə münasibətlərə təsiri, Türkiyə Mərkəzi Bankının (TCMB) xalis ehtiyatlarındakı geriləmə kimi bir sıra amillər Türk Lirəsində təzyiqə səbəb olmuş, məzənnə Cümə günü 5.82-yə qədər yüksəlmişdi. Lirə həftəlik müqayisədə dollar qarşısında 3%-dən çox dəyər itirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
6 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 16 saat əvvəl