Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan Dəmir Yolları”na işçilərinin sayını azaltmaq təklif olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Dəmir Yolları”na işçilərinin sayını azaltmaq təklif olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) gənc mütəxəssislərin çatışmazlığı müşahidə edilir. 

 

Bu, dövlət müəssisəsinin 5 illik biznes planı ilə əlaqədar hazırlanmış hesabatda bildirilir. Biznes planın hazırlanmasında KPMG şirkəti də iştirak edib. 

 

Hesabatda qeyd edilib ki, ADY-nin işçi heyətinin təqribən 15%-i təqaüd yaşındadır. İşçilərin cəmi 13%-nin yaşı 30-dan çoxdur. 

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

"ADY-də mövcud mükafatlandırma sistemi Azərbaycanda nəqliyyat sənayesinin digər şirkətləri səviyyəsində deyil. Həmçinin, dəmir ollarında insan resursları proseslərini (işəgötürmə, mükafatlandırma, fəaliyətin idarə olunması, təlim və inkişafı) tənzimləyən siyasətlər mövcud deyil. ADY insan resursları siyasəti işləyib-hazırlamalı, işəgötürmə, qiymətləndirmə, təlim, inkişaf, mükafatlandırma həyata keçirməlidir. Təqaüd yaşında və yaxud bu yaşa yaxın işçilərin, eləcə də bağlanması nəzərdə tutulan bölmələrdəki işçilərin işdən azad edilməsini stimullaşdıran proqram həyata keçirilməli, bu yolla müvəqqəti heyət işdən azad edilməlidir", - hesabatda bildirilir. 

 

Bundan başqa, ADY-ə tövsiyyə edilib ki, gənc mütəxəssislərin cəlb edilməsi və onların uzun müddət şirkətdə işləməsini təmin edən insan resursları brendi və proqramlar işlənib-hazırlansın və həyata keçirilsin: "Mükafatlandırma strategiyasının təkmilləşdirilməsi, mükafatlandırma sisteminin səmərəlilik göstəriciləri ilə əlaqələndirilməsi mümkün olmalıdır. İşçilər üçün ilkin təlim proqramının, texniki mühəndislər və menecerlər üçün davamlı təlim sisteminin yaradılması, işçi heyətinin müntəzəm olaraq qiymətləndirilməsi həyata keçirilməlidir". 

 

XXX

 

KPMG-dən "Marja"ya daxil olan məlumatda bildirirlir ki, KPMG ADY üçün audit həyata keçirməmişdir: "Bu Dünya Bankının maliyyələşdirdiyi layihələr çərçivəsində Almaniyanın "Deutsche Bahn" şırkəti ilə həyata keçirilmiş müştərək layihə idi və bu layihə çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC üçün 5 illik biznes plan hazırlanmışdır".

 

 

© Report

16.04.2019 12:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ