Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstanlı nazir müavini AIIB-də Azərbaycan üzrə alternativ direktor təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanlı nazir müavini AIIB-də Azərbaycan üzrə alternativ direktor təyin edilib

Asiya İnfrastruktur İnvestisiya Bankında (AIIB) Azərbaycan üzrə yeni alternativ direktor dəyişib. 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

Bu vəzifəyə Gürcüstan vətəndaşı Nikoloz Qaqua (Nikolaz Gagua) təyin edilib. N.Qaqua Gürcüstan maliyyə nazirinin müavinidir.

 

O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.

 

N.Qaqua azərbaycanlı alternativ direktor Ruslan Rüstəmlinin yerinə təyinat alıb. Hazırda AIIB-də digər alternativ direktor isə Pakistan vətəndaşı Məhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary). Bankın regional direktoru isə Türkiyə vətəndaşı Mehmet Alper Baturdır.

 

Məlumatı təsdiq edən R. Rüstəmli bu təyinatın rotasiya qaydasında həyata keçirildiyini, 2 ilin tamamında isə yenidən səlahiyyətlərin Azərbaycan tərəfinə qayıdacağını bildirib.

 

Qeyd edək ki, R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. Ötən il bu vəzifədə onu keçmiş müavini Toğrul Quliyev əvəz edib.

 

R.Rüstəmli 2018-ci ilin mayın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yerinə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru təyin edilib.

 

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib. Hazırda rəsmi Bakının Bankda payı 0,2636%-ə, səsvermə payı isə 0,4508%-ə bərabərdir.

 

© Report

18.04.2019 09:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ