Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kabellər yenilənir, mənzillər pulsuz internet avadanlıqları ilə təmin olunurlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kabellər yenilənir, mənzillər pulsuz internet avadanlıqları ilə təmin olunurlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək optika" layihəsinin ikinci mərhələsini reallaşdırır.

 

Reklam_3_11

Nazirliyin yaydığı məlumata görə, görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Daha geniş multimedia xidmətlərindən yararlanması üçün istifadəçilər pulsuz internet avadanlıqlarıyla təmin olunurlar.

 

Bu da daha çox insanın bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır.

 

Həyata keçirilən işlər müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli  binaları da əhatə edir.

 

Hazırda paytaxtın Qaradağ rayonunda yerləşən Sahil qəsəbəsi, Lökbatan qəsəbəsi  və “Qobu Park” yaşayış kompleksində, eləcə də Xətai və Yasamal rayonlarında rekonstruksiya işləri aparılır. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə digər əraziləri də əhatə edəcək. İlin sonunadək 144 minlik infrastrukturun yaradılması nəzərdə tutulur. Beləliklə, “Baktelecom” 75 min mənzilin optik şəbəkəyə texniki keçidini təmin edəcək.

 

Qeyd edək ki, Bakı şəhərində multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən “Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Texnologiya fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, videonəzarət və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

18.04.2019 13:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ