Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Yeni qaydalarla 506 kənd təsərrüfatı texnikası sata bilmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yeni qaydalarla 506 kənd təsərrüfatı texnikası sata bilmişik"

1 ay ərzində dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb

 

Mirzə Əliyev: “Texnika və damazlıq heyvan satışı bazarının liberallaşdırılması iqtisadi təhlükəsizliyin təmini istiqamətində əhəmiyyətli addımlardandır”


 

“AKİA vəsaitindən istifadə ilə kənd təsərrüfatı texnikasının aktiv satışına mart ayından başlanılıb. Aprelin 15-dək yeni qaydalarla 506 kənd təsərrüfatı texnikası sata bilmişik. Mart ayındakı istirahət günlərinin sayı bizə imkan verir deyək ki, bu nəticəyə 1 ay ərzində nail olmuşuq” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

 

Mirzə Əliyev qeyd edib ki, satılmış texnikanın 411-i Aqrolizinq ASC-yə, 95 ədədi isə digər təchizatçılara məxsus olub. Ümumilikdə 32 milyon manatlıq texnika satışına görə 12.8 milyon manat dövlət vəsaiti ayrılaraq, subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib.

 

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 8 milyon manat kredit verib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Fərmanadək yalnız səhmləri dövlətə məxsus Aqrolizinq Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq , istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.

 

Qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikasının dəyərinin 40%-i, damazlıq heyvanın isə dəyərinin 60%-i məbləğində vəsaiti Aqrar Kredit və İnkişaf Agentliyi fermerin əvəzindən təchizatçıya ödəyir. Bundan başqa, texnika və heyvanın güzəştli kreditlə satışı zamanı kredit faizlərini də AKİA vətəndaşın əvəzindən ödəyir.

19.04.2019 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ