Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR və BP AÇG-də pay almaq üçün tenderə qatılmaq niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və BP AÇG-də pay almaq üçün tenderə qatılmaq niyyətindədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti, həmçinin bütün tərəfdaşlar Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində satışa çıxarılacaq payların alınması məqsədilə tenderdə iştirak etmək niyyətindədir.

 

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

 

"SOCAR və AÇG blokunun işlənməsi layihəsi üzrə xarici tərəfdaşlarımız satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir”, - deyə o, bu gün “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində qeyd edib.

 

R.Abdullayev bildirib ki, tenderdə iştirakla bağlı qərar SOCAR və xarici tərəfdaşlar tərəfindən bu gün qəbul edilib.

 

Onun sözlərinə görə, indiyədək bu layihədən böyük dividendlər əldə olunub.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

 

Prezident İlham Əliyev bu şirkətlərin AÇG yataqlar blokunun işlənməsi layihəsindəki paylarını satmaqla bağlı planlarını normal və təbii hesab etdiyini deyib. “Layihədəki payın alqı-satqısı təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir", - deyə dövlət başçısı qeyd edib.

 

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

 

Xatırladaq ki, AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

 

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report, “İnterfaks-Azərbaycan”

19.04.2019 09:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ