“Expressbank”-ın rəhbərliyində yeni təyinatlar - RƏSMİ
“Expressbank” ASC-nin rəhbərliyində yeni təyinatlar aparılmışdır.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı, İdarə Heyəti sədrinin müavini İlham Həbibullayev təyin edilmişdir. İdarə Heyətinin sədri Emin Məmmədov isə Bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmişdir.
İlham Həbibullayev 1995-ci ildən bank sistemində işləyir, 2010-cu ildən isə Expressbank-da İdarə Heyəti Sədrinin müavini vəzifəsindədir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı İlham Həbibullayev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
-
33 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
36 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
39 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb