Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

2018-də 95 milyon manat sığorta haqqı toplayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-də 95 milyon manat sığorta haqqı toplayıb

 “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin ötən il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 95 mln. AZN təşkil edib. Bu “Marja”ya “Atəşgah” Sığorta Qrupundan bildirilib.

 

Reklam_3_11

Qeyd edilib ki, “Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üzrə topladığı sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 35,9 mln. AZN təşkil edib. Sığorta ödənişlərinin həcmi isə 20,0 mln. AZN təşkil edib ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.  

 

“Atəşgah” SŞ - nin 2018-ci il ərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 52% artaraq 4,8 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 18% artaraq 12,8 mln. AZN təşkil edib.

 

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin topladığı sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 53% artaraq 59,0 mln. AZN olub.

 

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

22.04.2019 08:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ