Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Assosiasiyası Rusiyanın kommunikasiya agentliyilə razılığa gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Assosiasiyası Rusiyanın kommunikasiya agentliyilə razılığa gəlib

Azərbaycan İctimiayyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası və Bakı PR Məktəbi Rusiyanın iMARS kommunikasiya agentliyi ilə əməkdaşlığa dair razılığa gəlib


 

Ötən həftə Bakıda keçirilmiş beynəlxalq “Baltic Weekend” kommunikasiya forumu çərçivəsində Azərbaycan İctimiayyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası və Bakı PR Məktəbi Rusiyanın qabaqcıl kommunikasiya agentliklərindən biri olan “iMARS” qrupu ilə əməkdaşlığa dair razılıq sənədi imzalayıb.

 

 Azərbaycan İctimiayyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasından "marja"ya daxil olmuş məlumata görə, anlaşma tərəflərin iki ölkənin Azərbaycan və Rusiya bazarlarına çıxan şirkətlərinə kommunikasiya sahəsində dəstəyinin göstərilməsi sahəsində bir-biri ilə əməkdaşlıq etməsini ehtiva edir. Bundan əlavə, iMARS Communications, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası və Bakı PR Məktəbi hər iki ölkədə kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində əməkdaşılıq üçün dialoqun və təcrübə mübadiləsinin təmin edilməsi ilə bağlı birgə səylərin ortaya qoyulması istiqamətində razılığa gəlib.  

 

“Biz iMARS Communications ilə əməkdaşlıq etməkdən məmnunuq. Bu gün Rusiya bizim əsas tərəfdaşlarımızdan biridir və bizim üçün hər iki ölkənin informasiya müstəvisində Azərbaycan və Rusiyanın müsbət imicinə töhfə vermək olduqca əhəmiyyətlidir. Biz əminik ki, şirkətlərimizin əldə etdiyi təcrübələr buna imkan verəcək, eləcə də ümidvarıq ki, topladığımız bilikləri bir-birimizlə mübadilə edə biləcəyik”, - deyə Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının və Bakı PR Məktəbinin rəhbəri İlham Məmmədzadə bildirib.

 

“Bu gün biz beynəlxalq tərəfdaşlıqlarımızı fəal şəkildə inkişaf etdiririk və biznesimizin coğrafi hüdudlarını və əhatə dairəsini genişləndirməyi planlaşdırırıq. Əminik ki, Azərbaycan olan tərəfdaşlarımızla birgə fəaliyyətimiz də bu baxımdan səmərəli olacaqdır”, - iMARS Communications şirkətinin rəhbəri Vladimir Stupnikov qeyd edib. 

 

22.04.2019 15:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ