Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Sumqayıt Texnologiyalar Parkı”na yeni direktor təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sumqayıt Texnologiyalar Parkı”na yeni direktor təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2009-cu il dekabr ayının 22-də istismara verilmiş, ən iri vergi ödəyicilərindən biri olan və ölkəmizin iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib.

 

 “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub. 

 

Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində çalışır. O, ExpressBank ASC-nin Müşahidə Şurasının sədridir və həmin vəzifəyə  bu gün təyin edilib.

 

Bu təyinat TexnoParka yeniliklər gətirərək, idarəetmədə yenidənqurma işləri ilə yanaşı, struktur və kadr dəyişikliklərinə, onun daha sürətli inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.

 

Regionda ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəklənən STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadir olan istehsalat müəssisəsidir.

 

Ümumi 250 hektar sənaye tikililəri sahəsində yerləşən STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammalları Avropanın qabaqcıl ölkələrindən idxal edir. İstehsal edilmiş mallar isə AZS ISO/IEC 17025-2009, eləcə də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

07.03.2017 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ