Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AFB Bank”ın mənfəəti 47 dəfə azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AFB Bank”ın mənfəəti 47 dəfə azaldı

“AFB Bank” 2019-cu ilin 1-ci rübünü 111 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə azdır. “AFB Bank” ASC 2018-ci ilin 1-ci rübünü 5 milyon 191 min manat xalis mənfəət ilə başa vurmuşdu. 


 

Reklam_3_11

“AFB Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 373 milyon 531 min manat təşkil edib. Bankın maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 19,9% azdır.

 

“AFB Bank”ın aktivlərinin 162 milyon 820 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 4,9% kiçilib.

 

Hesabat dövründə “AFB Bank”ın cəmi öhdəlikləri 27,6% azalaraq 285 milyon 480 min manata, o cümlədən depozit portfeli 35,4% azalaraq 161 milyon 69 min manata düşüb, Bankın cəmi kapitalı isə 22,4% artaraq 88,05 milyon manata çatıb.

 

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 milyon 394 min manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Tahir Cəmil oğlu Muradova ("Gilan Holdinq"in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

22.04.2019 17:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ