Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyədən ABŞ-ın qərarına reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədən ABŞ-ın qərarına reaksiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ-ın İrandan neft idxalı qadağası üzrə 8 ölkəyə, o cümlədən Türkiyəyə verdiyi möhləti uzatmamasının regional sülhə və sabitliyə xidmət etməyəcəyini və İran xalqına zərər verəcəyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, ABŞ rəhbərliyinin, daha əvvəl İrana tətbiq olunan neft sanksiyalarından 180 gün azad olunmuş 8 ölkəyə yeni azadolma (möhlət) verilməyəcəyini açıqlamasının ardından Çavuşoğlu "Twitter" hesabından açıqlama verib. 

 

Çavuşoğlu açıqlamasında, "ABŞ-ın azadolmalara son qoyması regional sülh və sabitliyə xidmət etməyəcək və İran xalqına zərər verəcək. Təktərəfli sanksiyaları və qonşularımızla necə əlaqə yaradacağımıza dir göstərişləri qəbul etmirik",- ifadələrini istifadə edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Dünən Ağ Ev, İrana tətbiq edilən neft sanksiyalarından azad olumuş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlayıb. İran nefti bazardan çıxdıqdan sonra qlobal tələbin ödənilməsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri yer alacaq. 

 

ABŞ İrandan neft idxalını sanksiyalar ilə qadağan etsə də, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan bu ölkədən neft almağa davam edirdilər. Adları çəkilən 8 ölkə İrandan neft alışına tətbiq etdiyi sanksiya qərarından 2 Maya qədər 180 günlüyünə azad olunmuşdular. ABŞ-ın yeni qərarı ilə bu ölkələrə verilən möhlət sona çatacaq. 

 

ABŞ, İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı hədəfləyir.

 

İranla nüvə razılaşmasından tək tərəfli çıxan ABŞ-ın İrana qarşı ilk sanksiya paketi 7 Avqust 2018-də, ikinci mərhələ sanksiya paketi isə 5 Noyabr 2018-də qüvvəyə minmişdir. 

23.04.2019 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ