Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Brent neftn qiyməti 2019-un ən yüksək səviyyəsinə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Brent neftn qiyməti 2019-un ən yüksək səviyyəsinə qalxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən 74,53 dollara qədər qalxan Brent neftin barrelinin qiyməti 74,14 dollardan günü başa çatdırmışdı. "Marja" xəbər verir ki, Brent neftin qiyməti Bakı vaxtı ilə saat 10.45-də 0,7 faiz artımla 74,57 dollar təşkil edib. Bu qiymət, 2019-cu ilin ən yüksək yeni səviyyəsidir. Eyni dəqiqələrdə, Qərbi Texas növü (WTI) xam neftin barreli 0,8% artımla 66,09 dollardan alıcı tapıb.
 

Dünən Ağ Ev, daha əvvəl İrana tətbiq edilən neft sanksiyalarından azad edilmiş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlayıb. Açıqlamanın ardından neft qiymətləri ilin ən yüksək səviyyəsinə çataraq 74,53 dolları görmüşdü.
 

Reklam_3_11

Ağ Evdən verilən yazılı açıqlamada, "ABŞ Prezidenti Donald Tramp, mayın əvvəlində müddəti başa çatan möhləti uzatmamaq qərarı verdi. Bu qərar, İranın neft ixracını sıfıra endirməyi və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı qarşısına məqsəd qoymuşdur", - ifadələri istifadə edilib. 
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Digər tərəfdən, ABŞ Xarici İşlər Naziri Mike Pompeo, verilən bu qərarla Tehran üzərindəki iqtisadi təzyiqi daha da artırmağı qarşılarına məqsəd qoyduqlarını bildirərək, müvafiq ölkələrin İrandan neft idxalını bu şəkildə tamamilə dayandıracaqlarını qeyd edib.
 

Bu qərarla, Noyabrın əvvəlindən 2 Maya qədər (180 günlük) ABŞ-ın İrandan neft idxalına sanksiya nəzərdə tutulan qərarından azad edilmiş Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstanın icazəsi sona çatmış olacaqdır.

23.04.2019 08:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ