“Qala Sığorta” və “Qala Həyat” ADA Universiteti tələbələrinin sosial layihəsinə dəstək olub
(®) Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” və “Qala Həyat” ADA Universitetinin bir qrup tələbəsinin həyata keçirdiyi sosial layihəyə dəstək olub.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ADA Universitetinin bir qrup tələbəsi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi 68 saylı uşaq baxçasında yuxarı yaş qrup uşaqların bilik və bacarıqlarını üzə çıxarmaq olub.
Layihə çərçivəsində tələbələr bir ay ərzində uşaqlarla görüşərək hekayə, faydalı və maraqlı məlumatlar bölüşüblər. Daha sonra uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün kiçik hekayələr danışmaq və bu hekayələr əsasında rəsm müsabiqəsi təşkil olunub. Müsabiqə nəticəsində uşaqların hekayələr əsasında çəkdikləri şəkillərdə sevgi, dostluğa sədqətlilik, barış olduğu müəyyən edilib.
Qeyd edək ki, “Qala Sığorta” və “Qala Həyat” şirkəti sosial məsuliyyət prinsiplərini əsas tutaraq layihəyə öz dəstəyini göstərib.
Hər iki şirkət korporativ sosial məsuliyyətini daha dərindən düşünərək bu kimi sosial layihələrə daim dəstək göstərəcək.
Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.
Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” şirkəti isə 2010-cu ildən fəaliyyətə başlayıb. Şirkət müştərilərə qanunvericiliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növlərini təklif edir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl