Əfsanəvi Belarus dondurmaları Azərbaycan bazarına daxil olur
Azərbayacanın “My Food” MMC şirkəti Belarusun “Morozproduct” şirkətinin rəsmi distirbütoru statusunu alıb.
“My Food” şirkətindən “Marja”ya verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində Azərbaycan bazarında “Morozproduct” şirkətinin yüksək keyfiyyətli dondurmalarının satışı təşkil olunacaqdır. İlk növbədə satışa 30-a yaxın çeşiddə Belarus dondurmaları çıxarılacaqdır.
Şirkətdən qeyd edildi ki, Belarus dondurmalarının qiymətləri münasibdir. Cəmi 1 manata əsl dondurmanı yemək mümkün olacaqdır.
May ayının 1-dən etibarən əfsanəvi Belarus dondurmalarını Azərbaycan marketlərində satışı başlayacaqdır.
Hazırda "Morozproduct" dondurma və dondurulmuş yarımfabrikat məhsullarının Belarus bazarında liderdir. 750-dən çox işçisi olan şirkət, mütəmadi olaraq yeni innovasiyaları məhsullarının istehsalında tətbiq edir. Şirkət dondurmadan başqa dondurulmuş məhsulların geniş spektrini tədarük edir: Ət və balıq yarımfabrikat məhsulları, çörək, tərəvəz və giləmeyvələr və s. "Morozproduct" Belarusda və xaricdə öz şəbəkəsini genişləndirir.
Qeyd edək ki, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələr ildən-ilə güclənir. Azərbayacanın “My Food” MMC şirkətinin Belarusun “Morozproduct” şirkətilə əməkdaşlığa başlaması əlaqələrin daha da güclənməsinə növbəti töhfədir.
İnstagram: @morozproduct.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl