Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti 3 dəfəyə yaxın azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti 3 dəfəyə yaxın azalıb

Azərbaycanın sığorta sektorunda da bir sıra çətinliklərin olduğu, gəlirliliyin azaldığı şirkətlərin maliyyə hesabatlarından da görünür.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, “A-Qroup Sığorta Şirkəti” ASC 2016-cı ili 2 milyon 867 min manat xalis mənfəət ilə başa vurub. Bu rəqəm, 2015-ci illə müqayisədə 2,7 dəfə azdır. Belə ki, Şirkət 2015-ci ildə 7 milyon 889 min manat xalis mənfəət açıqlamışdı.

 

2016-cı il dekabrın 31-nə “A-Qroup Sığorta Şirkəti” 23 milyon 132 min manat cəmi aktivlərə malik olmuşdur ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə 17,5% azdır. Ötən il şirkətin öhdəlikləri isə 11 milyon 222 min manatdan 11 milyon 310 min manata yüksəlib.

 

Mənfəətin azalması ilə əlaqədar olaraq “A-Qroup Sığorta Şirkəti”nin cəmi kapitalı 16 milyon 826 min manatdan 11 milyon 823 min manata geriləyib. Cəmi kapitalın 8 milyon 5 750 manatı nizamnamə kapitalı olub.

 

“A-Qroup Sığorta Şirkəti” “Mənfəət və Zərər” hesabatını dərc etmədiyindən sığorta haqları və ödənişləri barədə məlumat təqdim edə bilmirik. 

 

“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2016-cı il dekabrın 31-nə balans hesabatı

08.03.2017 05:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ