Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Space" 6 min manat cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Space" 6 min manat cərimələndi

Bu gün Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmə iclası keçirilib.

 

Reklam_3_11

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prsosedə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə MTRŞ-nın protokolunu təmin edib, "Space" televiziyası 6 min manat məbləğində cərimələnib. 

 

Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

 

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

 

 

© Report

24.04.2019 14:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ