Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Kredaqro”nun xalis mənfəəti kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kredaqro”nun xalis mənfəəti kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 223 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

Təşkilatın maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 75,9% azdır.

 

XƏRCLƏRİ GƏLİRLƏRİNİ ÜSTƏLƏYİB, EHTİYATLARIN AZAD OLMASI HESABINA MƏNFƏƏTƏ ÇIXIB

 

Ötən il “Kredaqro”nun cəmi gəlirləri 3 milyon 407 min manat, o cümlədən faiz gəlirləri 963 min manat, qeyri-faiz gəlirləri 2 milyon 444 min manat; cəmi xərcləri 4 milyon 513 min manat, o cümlədən faiz xərcləri 117 min manat, qeyri-faiz xərcləri 4 milyon 396 min manat; depozit və kredit itkiləri üzrə yaradılmış ehtiyatlardan  azadolma 1 milyon 330 min manat, mənfəət vergisi ödəmələri isə 0,001 milyon manat təşkil edib.

 

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 7 milyon 989 min manat olub ki, bu da illik müqayisədə 0,3% çoxdur. Bunun 4 milyon 140 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 12,5% kiçilib.

 

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 0,9% azalaraq 6 milyon 675 min manata düşüb, balans kapitalı isə 6,7% artaraq 1 milyon 314 min  manata çatıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Renkinq

25.04.2019 05:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ