Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AccessBank ilk 3 gündə ödədiyi kompensasiyanın məbləğini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank ilk 3 gündə ödədiyi kompensasiyanın məbləğini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AccessBank "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" prezident İlham Əliyev tərəfindən imzalanan fərmanın icrası ilə əlaqədar aprel ayının 22-dən etibarən kompensasiyaların ödənilməsinə başlayıb.

 

Reklam_3_11

22-24 aprel tarixlərində bankın 28 filialı tərəfindən 3000 min nəfərdən çox müştəriyə 1 milyon manatadək məbləğdə ödəniş həyata keçirilib.

 

Qeyd edək ki, ilkin mərhələdə ödənişlər kompensasiya məbləği 500 manatadək olan müştərilərə verilir. Müştərilərin üzləşə biləcəyi vaxt itkisinin qarşısının alınması üçün öncədən SMS vasitəsilə məlumatlandırılır. SMS-də müştərinin yaxınlaşacağı filialın adı və tarix qeyd olunur.

 

Məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.


AccessBank bu prosesin tam şəffaf və operativ qaydada həyata keçirilməsi üçün kadr və texniki resurslarını səfərbər edib. Onu da əlavə edək ki, proses Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə əsasən AccessBank-da yaradılmış müvafiq İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarına təhkim olunmuş məsul şəxslərə və ya 151 Zəng Mərkəzinə ünvanlaya bilərlər.

25.04.2019 13:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ