Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Turizm Agentliyi Uralda nümayəndəlik aça bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Turizm Agentliyi Uralda nümayəndəlik aça bilər

Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) Rusiyanın Ural Federal Dairəsində nümayəndəlik açmaq imkanını nəzərdən keçirir.

 

Reklam_3_11

Bunu DTA-nın sədri Fuad Nağıyev deyib.

 

F.Nağıyev Sverdlovsk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Orlov ilə “Bolşoy Ural - 2019” forumu çərşivəsində qarşılıqlı turuist axınının artırılması perspektivləri və Bakı ilə Yekaterinburq arasında birbaşa hava əlaqəsi məsələlərini müzakirə edib. Bu barədə Sverdlovsk vilayəti televiziyasının saytında məlumat verilir.

 

“Biz regionunuzun böyük turizm potensialını görürük. Qarşılıqlı turuist axınının artırılması mexanizmlərini aşkar etmək məqsədilə buradayıq. Ölkəmizdə səfərlərin təşkili üçün Uralı çox maraqlı marşrut kimi təqdim etməyə hazırlıq və burada nümayəndəlik açmaq imkanını nəzərdən keçiririk. Rusiyalı turistləri Azərbaycanda səbirsizliklə gözləyirlər. Bunun üçün infrastruktur yaradılıb və dil maneəsi yoxdur”, - F.Nağıyev bəyan edib.

 

Öz növbəsində A.Orlov regionun hökumətinin Azərbaycanla tərəfdaşıq əlaqələrinin inkişafına dair yaxın planları barədə məlumat verib.

 

“Hazırda Sverdlovsk vilayəti və Azərbaycan hökuməti arasında gələcək 10 il üçün əməkdaşlığa dair yeni saziş layihəsi birgə hazırlanıb. Sənəd çox sayda birgə tədbirləri keçirməyə imkan yaradacaq. Turizm mövzusuna xüsusi diqqət ayrılıb. Hesab edirik ki, bu sahə inkişaf edərək iqtisadiyyatın tamdəyərli sektoruna çevriləcək”, - A.Orlov bildirib.

 

Hazırda DTA-nın Almaniya (Frankfurt), BƏƏ (Dubay), Səudiyyə Ərəbistanı (Ər-Riyad), Çin (Pekin), Hindistan (Mumbay) və Rusiyada (Moskva) nümayəndəlikləri fəaliyyət göstərir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan

25.04.2019 16:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ