Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrük "Salehoğlu" şirkətinə cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük "Salehoğlu" şirkətinə cavab verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və onun rəhbərliyinin fəaliyyətinə qarşı əsassız ittihamların yer aldığı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb".

 

Reklam_3_11

Bu, DGK-nın açıqlamasında bildirilir. 

 

Məlumatda həmçinin deyilir ki, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən "Salehoğlu LTD" MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia edilir.

 

"Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ixrac edilən mis və sink əsasında ərintilər (latun) 5 sentyabr 2021-ci il tarixinə qədər gömrük dəyərinin 10%-i və hər min kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.

 

Lakin bəzi iş adamları qanunvericiliyin tələblərinə əməl etməyərək yuxarıda qeyd olunan malların ixracı zamanı gömrük rüsumundan yayınmağa cəhd edirlər.Belə ki, Komitənin müvafiq qurumlarının apardığı araşdırma nəticəsində həmin işadamları tərəfindən latun ərintilərin kustar üsulla emal olunduqdan sonra standartlara cavab verməyən yarımfabrikatlar halına salınmaqla (çubuqlar, digər yivli məmulatlar və s.) gömrük orqanlarına yanlış bəyan olunduğu, bununla da gömrük ödənişlərindən yayınmağa cəhd etdikləri müəyyən edilib. "Salehoğlu LTD" MMC şirkətinə məxsus olduğu iddia edilən məhsullar da bu qəbildəndir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Mis və sink əsasında ərintilər (latun) yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla ixrac rüsumuna cəlb edildiyi halda, texnoloji standartlara uyğun şəkildə emal edilən və müvafiq standartlara cavab verən yarımfabrikatlar (çubuqlar, digər yivli məmulatlar və s.) hər 1000 kiloqrama görə 15 ABŞ dolları məbləğində ixrac rüsumuna cəlb olunur.

 

Ölkədə aparılan və gömrük xidmətini də əhatə edən islahatların məqsədi gömrük sistemində neqativ halların aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, daxili bazarın və iqtisadi təhlükəsizliyin qorunmasıdır. Gömrük orqanları da fəaliyyətini bu istiqamətdə qurur və ictimai rəy, beynəlxalq ekspertlərin fikirləri bunu deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlər uğurla icra edilir. DGK-nın inhisarçılığa şərait yaratması və ya yol verməsi ilə bağlı deyilənlər isə, ümumiyyətlə cəfəngiyyatdır və məqsədli şəxslərin təxəyyülünün məhsuludur. Ölkənin strateji dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən "hazır məhsul"un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı fotolara baxaraq qiymət vermək olar”, - açıqlamada qeyd olunub. 

26.04.2019 07:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ