Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışını bərpa edib
2019-cu ilin 1-ci rübündə Azərbaycan Mərkəzi Bankı bazardan valyuta alışına başlayıb.
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
“2019-cu ilin 1-ci rübü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 150 milyon dollardan çox artıb. Bu vəsaitin böyük hissəsi valyuta ehtiyatlarının idarə edilməsindən əldə edilib. Həmçinin bazardan az bir valyuta da almışıq. Yəni sterilizasiya edilib”,- Mərkəzi Bankın sədri deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bankın Manatın məzənnəsini süni yolla tənzimlədiyi haqda səsləndirilən fikirlər əsassızdır, iqtisadi göstəricilər bu iddiaların əksinədir.
Elman Rüstəmov bildirib ki, ilk rüb ərzində keçirilmiş 30 hərrac vasitəsilə təxminən 1,9 milyard dollar valyuta satılıb, bu da nəzərdə tutulmuş satış planından təxminən 100 milyon dollar azdır:
“Manatın məzənnəsi dayanıqlıdır və onun sabitliyinə bu gün təhdid yoxdur. Rüb ərzində 30-a yaxın valyuta hərracı keçirilib, hərraclarda tələb və təklif demək olar ki, bərabər olmuşdur. Hətta, Dövlət Neft Fondu bir qədər satış qrafikində geri qalıb. Əhəmiyyətli bir rəqəm olmasa da, valyuta bazarında təklif tələbi üstələmişdir. Neftin əlverişli qiyməti, ticarət və tədiyyə balansının müsbət saldosu Manatın məzənnəsinə ilin sonunadək nikbin baxmağa imkan verir”.
Sterilizasiya əməliyyatları - Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
- 13 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
30 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb