Azərbaycanın iri holdinqi meyvə şirəsi istehsalı ilə də məşğul olacaq
“AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlayacaq.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, Aqro-Sənaye-Logistika Kompleksinin yaradılacaqdır. Aqro sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub.
Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb. Razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb.
Sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Kompleksinin yaradılması, və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.
Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.
Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuduculu yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Sazişə əsasən tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün AS və CAMCE şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.
Hazırda “AS Qrup İnvesment” şirkəti aqro sektorda “AS Aqro” və “Fresh Logistics” şikətlərilə təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
42 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
50 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 52 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl