Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyə bankının Azərbaycandakı törəməsinin vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə bankının Azərbaycandakı törəməsinin vəziyyəti məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin 1-ci rübünü 959 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2018-ci ilin 1-ci rübünü 1 milyon 692 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın qazancı 43,3% azalıb. Azlama Bankın ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata daha çox vəsait ayırması ilə bağlıdır.

 

Reklam_3_11

“Marja” Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin Yanvar-Mart dövründə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 5 milyon 138 min manat, cəmi xərcləri isə 3 milyon 228 min manat təşkil edib. Nəticədə Bankın 1 milyon 910 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyyat mənfəətinin 951 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından mənfəəti 959 min manata düşüb.

 

2018-ci ilin 1-ci rübündə “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 4 milyon 661 min manat, cəmi xərcləri isə 2 milyon 697 min manat, əməliyyat mənfəəti 1 milyon 964 min manat təşkil etmişdi. Bank həmin vaxt ehtiyatlara 272 min manat ayırmışdı.

 

FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB

 

2018-ci ilin 1-ci rübündə “Ziraat Bank Azərbaycan”ın faiz gəlirləri 3 milyon 354 min manat, qeyri-faiz gəlirləri 1 milyon 308 min manat ikən, 2019-cu ilin 1-ci rübündə faiz gəlirləri 4 milyon 445 min manat, qeyri-faiz gəlirləri 693 min manat təşkil edib.  Faiz gəlirlərinin daha çox artması (1 milyon 91 min manat ) qeyri-faiz gəlirlərinin azalmasını (-615 min manat) artıqlaması ilə bağlayıb və Bankın cəmi gəlirləri 477 min manat artıb. 

 

Eyni zamanda, “Ziraat Bank Azərbaycan”ın xərcləri də artıb. 

 

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.  

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

31 Mart 2019-cu il tarixində "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 219 milyon 739 min manat, o cümlədən 112 milyon 160 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 31 mart 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan"ın 222 milyon 557 min manat cəmi aktivlərinin 79 milyon 414 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.

26.04.2019 15:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ