Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

4624 nəfərin mənzil yarışı - MİDA-DAN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
4624 nəfərin mənzil yarışı - MİDA-DAN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı prosesinə 29.04.2019-cu il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.

 

Reklam_3_11

Bu, Agentlikdən “Marja”ya daxil olmuş məlumatda bildirilir.

 

“Satışa çıxarılan 154 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11003 nəfərdir.

 

Bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olmuşdur. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir. Bu saata olan məlumata görə seçilmiş 154 mənzilin 147-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında idi”,- məlumatda deyilir.

29.04.2019 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ