“Veysəloğlu” Qrup “Beynəlxalq Talassemiya gününə” həsr olunan qanvermə aksiyası keçirib
“Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə askiyasını həyata keçirib. Aksiya 8 May “Beynəlxalq Talassemiya gününə” həsr olunub.
Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirilən qanvermə aksiyasında “Veysəloğlu” MMC, “Ulduz” şokolad fabriki, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, həmçinin “Xonça” şirniyyat istehsalatının əməkdaşları fəal iştirak ediblər.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə həyata keçirilən aksiyada hər il şirkətlər qrupunun yüzlərlə əməkdaşı donor qismində könüllü olaraq iştirak edir.
Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talassemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Xəstəliyin əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütəmadi qanvermə aksiyalarına qoşulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl