Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gün ərzində 800 heyvan kəsib, xaricə ixrac edəcək - MAYDA İŞƏ DÜŞƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gün ərzində 800 heyvan kəsib, xaricə ixrac edəcək - MAYDA İŞƏ DÜŞƏCƏK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xaçmaz rayonunda tikilən yeni heyvan kəsim məntəqəsi may ayında istifadəyə veriləcək.

 

Reklam_3_11

Bu müəssisədə gün ərzində 500 baş xırdabuynuzlu və 300 baş iribuynuzlu heyvan kəsmək mümkün olacaq.

 

Tikintisinə noyabr ayından başlanılan müəssisə 0,5 hektar ərazini əhatə edir. Burada kəsim məntəqəsi ilə yanaşı, inzibati bina, soyuducu təsərrüfatlar, kameralar, ətin doğranması sexləri və satış mərkəzi fəaliyyət göstərəcək.

 

Son tamamlama işləri başa çatdıqdan sonra məntəqədə Türkiyə və Almaniyadan gətirilən avadanlıqlar quraşdırılacaq.

 

Sahibkar Əbülfət Məmmədov bildirib ki, müəssisə fəaliyyətə başlayandan sonra xaricə heyvan əti ixracı nəzərdə tutulub. Artıq İsrail, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Çin şirkətləri ilə ilkin danışıqlar aparılıb. Həmin ölkələrin nümayəndələri Azərbaycandan heyvan əti almaqda maraqlıdır.

 

Müəssisədə kəsilmiş heyvanların əti ilə yanaşı dərisi, baş-ayağı, içalatı, hətta qanı da emal olunaraq müvafiq qaydada satılacaq.

 

Xaçmaz rayonunda tikilən yeni heyvan kəsim məntəqəsində 50 nəfər işlə təmin ediləcək.

 

Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə digər bölgələrdə də açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

 

Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə prosesə sahibkarları da cəlb etməklə qida təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri sistemli və kompleks şəkildə həyata keçirir. Agentlik ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

01.05.2019 13:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ