Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AQTA sahibkarları dələduzlara inanmamağa çağırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AQTA sahibkarları dələduzlara inanmamağa çağırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması  halları ilə bağlı faktlar aşkar olunmuşdur. Həmin hadisələr Agentlik tərəfindən ictimailəşdirilməklə yanaşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün  hüquq-mühafizə orqanlarına göndərilmişdir. Buna baxmayaraq, hələ də müxtəlif bəhanələr altında sahibkarlardan saxta sənədlər təqdim etməklə qanunsuz olaraq ödəniş tələb edən şəxslərlə bağlı məlumatlar daxil olmaqdadır.

 

Reklam_3_11

Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, qurumun fəaliyyət istiqamətləri çərçivəsində aparılan istənilən baxış, monitorinq, yoxlama və s. tədbirlər zamanı yerində hər hansı ödənişin olunması mexanizmi mövcud deyil. Eyni zamanda Agentliyin bu sahədə fəaliyyətini və sahibkarlıq subyektləri ilə birbaşa təması  yalnız xüsusi qruplarda təmsil olunan müfəttişlər həyata keçirir. Həmin müfəttiş qruplarından kənar heç bir şəxs və AQTA əməkdaşı müvafiq sahə üzrə sahibkarlıq sturukturuna daxil ola və hər hansı yoxlama həyata keçirə bilməz.

 

Qida sahəsində fəaliyyət göstərən sahibkarlardan bir daha xahiş olunur ki, müxtəlif adlar altında yoxlama tədbirləri ilə sahibkarlıq subyektinə daxil olan istənilən şəxsdən, eləcə də AQTA əməkdaşından yoxlamanın keçirilməsinə dair aşağıdakı sənədləri tələb etsinlər:

 

1.Yoxlamanın aparılmasına dair icazə sənədi - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın aparılmasına dair vahid məlumat reyestrindən çıxarış

 

2.Həmin sahibkarlıq subyektində  müvafiq yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarın əsli

 

3.Yoxlamanı həyata keçirən müfəttişlərin xidməti vəsiqəsi

 

4.Yoxlamaya dair əvvəlcədən  təsdiq edilmiş yoxlama suallarının siyahısı

 

5.Sahibkarın hüquq və vəzifələrinə dair şifahi məlumatın yoxlayıcı tərəfindən izah olunması

 

6.Yoxlamanı həyata keçirən müfəttişlərin ad və soyadlarının yoxlamanın aparılması ilə bağlı vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərarda öz əksini tapması

 

Sahibkarların nəzərinə çatdırılır ki, hər hansı tələb və ya xidmət əsasında sahibkarlıq subyektinə daxil olaraq yerində ödəniş tələb edən şəxslər Agentlik əməkdaşları deyil və istənilən halda yerində ödəniş etməsinlər. Bununla bağlı  şübhəli məqam olduğu təqdirdə dərhal hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat versinlər.

01.05.2019 13:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ