Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərsun Holdinq” kərə yağı istehsalına hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq” kərə yağı istehsalına hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan "Padarçöl Aqropark" layihəsinin ikinci fazasının yekunlaşmasından sonra Kürdəmir Süd Emalı Kompleksində kərə yağı da istehsal olunacaqdır.

 

"Marja" xəbər verir ki, bunu jurnalistlərə Aqroparkın rəhbəri Nəbi Paşayev bildirib.


"Layihənin ikinci fazasının yekunlaşmasından sonra süd istehsalı artacaq və yerli kərə yağı istehsal ediləcəkdir. Bunun üçün Kürdəmir Süd Emalı Kompleksində zəruri işlər aparılıb və istehsal xətləri qurulub", - Nəbi Paşayev deyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Layihənin birinci mərhələsi üzrə "Padarçöl Aqropark"da fermalar dünyaca məşhur "Afimilk" şirkəti tərəfindən qurulub. Heyvandarlıq kompleksi barədə məlumat verən Nəbi Paşayev, hazırda 2000-dən artıq iribuynuzlu saxlanıldığını bildirib:

 

"Artıq layihənin ilk fazası yekunlaşıb və günlük olaraq 34 ton süd istehsal edilir ki, yağlılıq nisbəti 3.6 faiz təşkil edir. Ən müasir avadanlıqların tətbiqi ilə eyni anda 72 heyvanın sağılması mümkün olur, fermaların avtomalaşdırılmış havalandırma sistemi ilə təchiz olunması heyvanların bütün mövsümlərdə rahatlığını təmin edərək məhsuldarlığın yüksək saxlanılmasına mühüm töhfə verir. İribuynuzluların sağlamlığı və məhsuldarlığı üçün ən önəmli məsələ olan yemlənmə prosesi də Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış şəkildə xüsusi proqram təminatı ilə həyata keçirilir".

 

Bu heyvandarlıq kompleksində əldə olunan süd məhsulları Kürdəmir Süd Emalı Kompleksinə göndərilir.

02.05.2019 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ