Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Opel və Peugeot-dan sonra növbə Volkswagen və Fiat-dadır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Opel və Peugeot-dan sonra növbə Volkswagen və Fiat-dadır?

Fiat Chrysler-in İcraçı direktoru Sergio Marchionne: "Volkswagenin çox qısa bir müddət sonra birləşmək danışıqları aparmaq üçün danışıqlara başlayacağına əminəm"


 
 Fransanın Peugeot Citroen Qrupunun (PSA) General Motorsun (GM) Opel şirkətini satın alaraq Avropanın ikinci böyük avtomobil istehsalçısı olmasından sonra, birləşmədə növbəti addımın Almaniyanın Volkswagen və Fiat Chrysler şirkəti arasında ola biləcəyi iddia edilir.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, bu iddia bilavasitə şəxsən Fiat Chrysler Automobiles-in (FCA) İcraçı Direktoru Sergio Marchionne tərəfindən ortaya atılıb.


 
2019-ci ildə Fiat Chrysler-dəki vəzifəsindən təqaüdə çıxacağını açıqlayan və bu müddət ərzində yeni bir şirkət "evliliyi" etmək istədiyini tez-tez dilə gətirən Marchionne, Cenevrə sərgisində etdiyi açıqlamada, "Volkswagenin çox qısa bir müddət sonra birləşmə danışıqları aparmaq üçün danışıqlara başlayacağından əminəm" deyib.


 
Marchionne-nin bu qədər iddialı danışmasının altında isə PSA-Opel birləşməsinin ən çox Volkswagenin Avropadakı liderliyini təhdid etməsi durur.

 

 
Marchionne, avtomobil şirkətlərinin eyni texnologiyanı inkişaf etdirmək üçün ayrı-ayrılıqda böyük pullar xərclədiyini, bunun əvəzinə bu texnologiyaların birgə olaraq inkişaf etdirilməsi lazım olduğunu müdafiə edir. Marchionne, 2 il əvvəl etdiyi birləşmə təklifini GM-in rədd etməsindən bu yana Fiat-ın borclarını azaldıb, daha cazibədar bir ortaq halına gətirməyə çalışırdı.

09.03.2017 09:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ