Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Şimşəksiz yağışın vurduğu ziyana görə sığorta ödənişi verilməyə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Şimşəksiz yağışın vurduğu ziyana görə sığorta ödənişi verilməyə bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda aqrar sığorta mexanizminin işləməsi üçün o, çox sadə olmalıdır. Aydın göstərilməlidir ki, sığorta olunanın, sığortaçının və dövlətin üzərinə nə düşür”.

 

Reklam_3_11

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Mənsimli bildirib.

 

Onun sözlərinə görə, sənəddə sığortaçının vəzifələri göstərilməyib: “Halbuki, dövlətin və sığortaolunanın vəzifələri aydın şəkildə əks olunub. Balansı qorumaq üçün hər 3 tərəfin vəzifələri düzgün formada göstərilməlidir”.

 

“Azərbaycanda sığorta ilə bağlı problem ondan ibarətdir ki, ən yaxşı halda yığılan sığorta pulunun 80-85%-i sığortaçıya çatır, 10-15% sığorta olunanlara verilir:

 

“Elə bəhanələr gətirirlər ki, bu bəhanələrin çoxu vəsaitin alınmasına mane olur. Ona görə də aydın yazılmalıdır. Məsələn yazılır ki, təbii fəlakət - şimşək çaxdı, yağış yağdı və təsərrüfata ziyan vurdu. İndi sığortaçı gələndə bəhanə axtaracaq ki, yağış yağmağına yağıb, ziyan dəyib, amma şimşək çaxmayıb. Qanunda yazılıb ki, şimşək də çaxmalıdır. Belə xırdalıqlar əsasında kənd təsrrüfatı ilə məşğul olan insanlar sığorta ödənişindən məhrum edilib. Bunlara sədd çəkilməlidir ki, vəsait çox asanlıqla alınsın. Mən alqışlayıram ki, sığorta mexanizmində İKT-dən yüksək səviyyədə istifadə edilməsinə qanunda yer verilir. Bu, məmurla sığortaçı arasında mənfi xarakterli məqamların aradan qaldırılması üçün çox vacibdir. Amma nəzərə alsaq ki, Azərbaycanda 800 mindən artıq xırda təsərrüfat var və onların hamısı kompüter texnologiyasından hələ istifadə edə bilmir. Odur ki, bu məsələni hələlik qanunda saxlayaq, amma alternativ variantdan da istifadə olunsun ki, mexanizm işləsin”, - deyə millət vəkili qeyd edib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

03.05.2019 13:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ