Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda möhtəşəm konsepsiyada AKABE-KÜTAHYA satış-sərgi salonu istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda möhtəşəm konsepsiyada AKABE-KÜTAHYA satış-sərgi salonu istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 2000-ci ildən Azərbaycan inşaat sektoruna daxil olaraq uğurla addımlayan "Akabe" MMC-nin çeşid sayı və konsepsiyasına görə həqiqətən möhtəşəm sayıla biləcək yeni AKABE-KÜTAHYA satış-sərgi salonunun açılışı baş tutdu.

 

Reklam_3_11

Açılış mərasimində Azərbaycanın tanınmış ziyalıları, incəsənət və şou-biznes aləminin məşhurları, memarlar, dizaynerlər, iş adamlarını görmək olardı.

 

Yeni sərgi-satış salonunun açılışında Güral ailəsinin üzvləri, "Kütahya" şirkətinin yaradıcısı olan Nafi Gural və xanımı, “Kütahya Seramik”in rəhbəri Erkan Gural, “Kütahya Porselen”in rəhbəri Sema Güral şəxsən iştirak ediblər.

 

Tədbiri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıb. 

 

19 illik fəayiyyəti ərzində inşaat sektorunda bir çox yeniliklərə imza atmış AKABE bu dəfə də yeni məkanda dünyaca məşhur Türk markası olan "Kütahya" şirkəti ilə bir araya gələrək müştərilərinə “Kütahya Seramik” və “Kütahya Porselen”in orijinal sertifikatlı məhsullarını geniş çeşiddə və unikal dizaynda təqdim edir.

 

Qeyd edək ki, 1961 ci ildə əsası qoyulmuş "Kütahya Seramik"  keramikanın vətəni sayılan Çin Dövlətinə məhsullarını ixrac edən ilk və tək türk markası olub 70-dən çox ölkəyə məhsullarını ixrac edir. “Türkiyə istehsalı” loqosunu fəxrlə daşıyan "Kütahya Seramik" 120x120 sm və 110x240 sm ölçülərində analoqsuz keramik qranit istehsalı ilə Türk keramika sektorunda bir fərqlilik yaradıb.

 

Bununla yanaşı yeni mağazada dünyaca məşhur markaların məhsullarını da görmək olar. Bunlar sırasında Laufen , Hansgrohe, Armadi Art , Visto Doro, Duravit və s. yer alır. 

 

"AKABE" MMC tərəfindən zövq oxşayan məhsullarla yanaşı müştərilərə ödənişsiz dizayn xidməti də təklif edilir.

 

Bugünədək müştərilərinə inşaat sektorunun bütün yeniliklərini təqdim etməkdən qürur duyan "Akabe" MMC yeni açılan məkanda "Kütahya"nın Türkiyədə "Milli Porselen Markası" mükafatına layiq görülmüş və dünyanın bir çox ölkələrində fərqli dizayn, forma və keyfiyyətinə görə seçilən porselen qab-qacaqlarını da təqdim edir.

 

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsi 12

Qaynar xətt: 1823

www.akabe.az

03.05.2019 17:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ