Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Marcom” şirkəti loqosunu yenilədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom” şirkəti loqosunu yenilədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Marketinq və kommunikasiya sahəsində şirkətlərə geniş spektr xidmətlər təklif edən və yeni marketinq alətlərinin yaradılması istiqamətində çalışan “Marcom” şirkəti yeni loqosunu təqdim edib.

 

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev loqo yenilənməsini belə izah edib: 

 

 “Marcom şirkəti bazarda praktik həllər təqdim edən, yeni marketinq alətləri yaradan və bazar iştirakçılarını maarifəndirən şirkət kimi tanınmaqdadır. Biz artıq neçə müddət idi ki, xidmətlərimizi vizual olaraq əks etdirən marketinq alətlərinin ikonlaşması üzərində çalışırdıq. Onların fəlsəfəsini və təyinatını formalaşdırırdıq. Həmin ikonların konseptini hazırladıqdan sonra qərara gəldik ki, həm beynəlxalq bazara çıxışı, həm də vahid bir dəsti özündə birləşdirən bir loqo hazırlayaq. Nəticədə şirkətin əsas rəngini saxlamaqla belə bir maraqlı iş ərsəyə gəldi. Hal-hazırda yeni loqonun və ikonların istifadə qaydaları üzərində işlər gedir. Bir müddətdən sonra loqo və ikonlar şirkətin saytında yer alacaqdır. Yeni loqo ilə yanaşı biz həmçinin saytın google tərəfindən daha da yaxşı indekslənməsi üçün brif sistemindən ibarət olan 20-yə yaxın səhifəni yenidən işləyərək özəl kontentdən ibarət səhifələrə çevirdik”.

 

Qeyd edək ki, şirkət loqosuna sonuncu dəfə 2016-ci ildə dəyişiklik etmişdiк. “Marcom” şirkət bu ilin sonuna kimi bazara daha 3 yeni marketinq xidməti təklif etməyi planlaşdırır.

06.05.2019 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ