Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank da Dolları ucuzlaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank da Dolları ucuzlaşdırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın valyuta bazarının əsas “aktyorllarından” biri olan və Dolları limitsiz satan “Kapital Bank” ABŞ valyutasının alış və satış qiymətlərini aşağı salıb.

 

Reklam_3_11

Saat 14:50-yə olan məlumata görə, “Kapital Bank” Dolları 1.73 manata alıb, 1.79 manata satır. Səhər saatlarında bu bank Dolları 1.75 manata alıb, 1.81 manata satırdı.

 

DİGƏR BANKLARDA DAHA DA AŞAĞI DÜŞÜB

 

Xəbər verdiyimiz kimi, 09 mart 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda və hərraca qədər banklararası valyuta bazarında bağlanmış əqdlər üzrə orta çəkili məzənnə 1,7431 səviyyəsində formalaşmışdır. Bu səviyyə bugünkü rəsmi məzənnə (1.7563) ilə müqayisədə 0.75% aşağıdır.

 

Hərracın nəticəsi məlum olduqdan sonra banklarda Dollar ucuzlaşıb.

 

“Marja” xəbər verir ki, UniBank Dolları 1.70 manata alıb, 1.7563 manata satır.

 

Bank of Baku Dolların alışını 1.71 manata, satışını isə 1.7650 manata endirib. 

 

Səhər saatlarında banklar Dolları əsasən 1.7760 - 1.83 manat səviyyələrindən satırdılar.

 

Bank Respublika Dolların satış qiymətinin 1.83 manatdan 1.80 manata endirib.

09.03.2017 11:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ