Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palata bankları dinlədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bankları dinlədi

7 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri arasında MBNP tərəfindən hazırlanmış yeni prudensial normaların layihələrinin müzakirəsi ilə əlaqədar görüş keçirilmişdir. Bu barədə “Marja”ya ABA-dan bildirilib.

 

Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev Palata tərəfindən yeni qaydaların formalaşdırılması zamanı banklarların mövqeyinin öyrənilməsi, banklar tərəfindən irəli sürülən təkliflərin müzakirə edilməsi məqsədi ilə bu cür görüşlərin keçirilməsinin çox müsbət hal olduğunu və bu formatda həyata keçirilən fikir mübadilələrinin qaydaların tətbiq mexanizminin effektivliyinin daha da artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

 

Görüşdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın layihələri ilə əlaqədar Palata nümayəndələri təqdimatla çıxış etmiş və qeyd olunan layihələr üzrə bankların nümayəndələrinin mövqelərini dinləmişdir.

 

Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov və həmin departamentin Prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov maraq doğuran məqamlarla əlaqədar bankların suallarını cavablandırmışlar. Həmçinin bank nümayəndələri tərəfindən yeni qaydalarla əlaqədar təkliflər irəli sürülmüş və sonda bu təkliflərin qısa zaman ərzində ABA tərəfindən sistemləşdirilərək Palataya ünvanlanmasına qərar verilmişdir.

09.03.2017 12:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ