Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Abşeron-Şərab” ASC Fransa içkisinin distribyutoru oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Abşeron-Şərab” ASC Fransa içkisinin distribyutoru oldu

Azərbaycan bazarında 100% orqanik Fransa arağı


 

Azərbaycanın ən iri şərab ixracatçısı “Abşeron-Şərab” ASC idxal fəaliyyəti ilə də məşğul olacaq.

 

Şirkətdən “Marja”ya verilən məlumata görə, “Abşeron-Şərab” ASC Fransanın “Sobolinaya” araq markasının Azərbaycan bazarı üzrə distribyutoru statusunu əldə edib. Aprel ayında ilk partiya məhsul idxal olunub və Azərbaycan bazarında satışa çıxarılıb.

 

Üç il əvvəl dünya bazarına daxil olmuş “Sobolinaya” arağı Avropa və Rusiyada böyük alıcı kütləsi toplaya bilmişdir. 100% organik “Sobolinaya” arağı Fransanın “Merlet” şirkəti (MERLET Liqueurs & Spirits) tərəfindən istehsal olunur.

 

“SOBOLINAYA” ARAĞININ TƏRKİBİNDƏKİ SU 160 METR DƏRİNLİKDƏN ÇIXARILIR

 

Təqdimat mərasimində bildirilib ki, arağın tərkibindəki spirt Fransada, Konyak (Cognac) regionunda ekoloji təmiz payızlıq buğdadan istehsal edilir, minerallarla zəngin təbii suyu isə, dərinliyi 160 m olan, milyon il əvvəl yaranmış bulaqdan çıxarılır.

 

Şimal şəfəqi - AURORA BOREALIS illüziyası yaradan unikal örtüyü “Sobolinaya” arağının şüşəsində əvəz olunmaz gözəllik verir.

 

Sitrus və razyananın yüngül tonlarda yumşaq dada malik olan “Sobolinaya” arağı uzun müddət yadda qalan xoş təəssürat yaradır. 12-14°C-dək soyudulması məsləhətdir. Həm qatqısız şəkildə, həm də kokteyllərin tərkibində tövsiyə edilir.

 

Eksklüziv təbii tərkibinə görə VODKA“SOBOLİNAYA” - 100% ORQANİK arağı adını qazandı. Unikal xarici görünüşünə görə isə həvəskərların kolleksiyasında layıqli yer tuta bilər.

 

Satışa çıxarılmış “Sobolinaya” araqları üç çeşiddədir: 500 ML və iki çeşiddə  - 700ML. “Sobolinaya” araqı 500 ML -70 AZN, 700ML 90AZN və 100 AZN (hədiyyəlik qutuda) qiyməti ilə təklif olunur.

06.05.2019 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ