Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ötən ili zərərlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ötən ili zərərlə başa vurub

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başladığı 2018-ci ili 1 milyon 466 min manat zərərlə başa vurub.

 

Bu barədə qurumun maliyyə hesabatından məlum olur.

 

Sənədə əsasən, ötən il KOBİA-nın gəlirləri 126 min manat, istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 16 min manat, işçi heyəti üzrə xərcləri 1 milyon 102 min manat, digər əməliyyat xərcləri isə 474 min manat təşkil edib.

 

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 3 milyon 555 min manat, o cümlədən uzunmüddətli aktivləri 1 milyon 166 min manat, qısamüddətli aktivləri isə 2 milyon 390 min manat təşkil edib. Agentlik 21 min manatlıq cəmi öhdəliklərə, 3 milyon 534 min manatlıq cəmi kapitala, o cümlədən 5 milyon manatlıq nizamnamə kapitalına malik olub.

 

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun nizamnaməsi və strukturu təsdiq edilib.

 

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Renkinq

06.05.2019 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ