Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Otellər iranlı və ərəbləri "soymağa" başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Otellər iranlı və ərəbləri "soymağa" başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son vaxtlar müşahidə olunan hallardan bir əcnəbi turistlərin Azərbaycana sürətlə axın etməsidir.

 

Reklam_3_11

Ötən il ərəb ölkələrindən ölkəmizə təşrif buyuran turistlərin sayı daha çox olub. Bəs bu il vəziyyət necədir? Novruz bayramı ilə əlaqədar Azərbaycana əsasən hansı ölkələrin vətəndaşları gələcək? 

 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, əcnəbi turistlərin çoxu İran vətəndaşlarıdır.

 

“Bu il İrandan gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bunun bir səbəbi Tehranla Bakı arasında aviareyslərin açılmasıdır. Digər səbəb isə iranlı turistlərin Novruz bayramı ilə əlaqədar Azərbaycana gəlməyə can atmasıdır. İranlı turistlər biletlərin çoxunu Bakıya alıblar. Təbii ki, bölgələrə də getmək istəyənlər var. Elələri var ki, az müddətə, elələri də var ki, çox müddətə Azərbaycana səfər edir. Çox müddətə gələn turistlər bölgələrə də səfər edəcəklər.

 

Artıq iranlı turistlər otellərlə bağlı seçim də ediblər. Yerlər dolub. Adətən iranlı turistlər ailəvi şəkildə Azərbaycana gəlirlər. Bu il də istisna deyil”. 

 

Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycanı seçən turistlərin sonrakı sıralamasında rusiyalılar və ərəblər gəlir. 

 

“Novruz bayramı tədbirlərinin ən rəngarəngi Bakıda keçirildiyindən turistlərin əksəriyyəti Bakını seçib. Otelləri seçən turistlərin qiymətlərlə bağlı narahatlığı da yoxdur. Sadəcə, bir məqam var ki, bayram günləri otellər düzgün qiymət sərgiləmir. Menecmentliyin qanunlarından kənara çıxararaq, bayram günləri qiymətləri qaldırırlar. Bu da düzgün deyil. Azərbaycanın imicinə xələl gətirməklə yanaşı,  turistlərin bölgə ilə bağlı planlarını pozurlar”.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkəmizə gəlmiş İran vətəndaşlarının sayı 66,2 faiz, artıb. Bu il artımın daha çox olacağı gözlənilir.

 

© Modern.az

09.03.2017 13:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ