Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakının Baş planını 4 əsas prioritet təşkil edəcək - Komitə sədri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının Baş planını 4 əsas prioritet təşkil edəcək - Komitə sədri

Bakı şəhərinin Baş planını 4 əsas prioritet təşkil edəcək.

 

Reklam_3_11

Bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenumda deyib.

 

Onun sözlərinə görə, bu prioritetlər davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı, alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması, ətraf mühitin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi, milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, mədəni həyatın zənginləşdirilməsi, şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir.

 

S.Nuriyev qeyd edib ki, Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərin 1-ci mərhələsinə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən biri – “Boston Consulting Group” şirkəti əməkdaşlığa cəlb edilib: "Aidiyyəti dövlət orqanlarının nümayəndələri və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” Şəhərsalma və Memarlıq şirkəti seçildi və bununla da layihənin 2-ci mərhələsinə start verildi. Əminəm ki, bütün maraqlı tərəflər, o cümlədən aidiyyəti dövlət orqanları, ictimai birliklər, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcəkdir. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək".

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Trend 

07.05.2019 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ