Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“RDY Logistik” və “Pacifik Eurasia Logistics” BTC ilə daşımaların inkişafı məqsədilə birgə müəssisə yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“RDY Logistik” və “Pacifik Eurasia Logistics” BTC ilə daşımaların inkişafı məqsədilə birgə müəssisə yaradacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın “RDY Logistik” SC və Türkiyəni logistika operatoru “Pacifik Eurasia Logistics” (“Pacifik” tikinti holdinqinin törəməsi) Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin çatdırılması üzrə logistika marşrutlarının inkişafı məqsədilə birgə müəssisənin yardaılmasına dair razılığa gəlib.

 

Bu barədə “RJD Logistika”nın məlumatında deyilir.

 

“Memorandum “Rusiya Dəmir Yolları” İdarə Heyətinin sədri və Baş direktoru Oleq Belozyorov ilə bazar ertəsi günü Ankarada keçirilən və BTQ marşrutu ilə müntəzəm dəmir yolu nəqliyyatının inkişafına həsr olunan Türkiyə və Azərbaycan dəmiryol şirkətlərinin rəhbərləri arasında görüş çərçivəsində imzalanıb.

 

“Sənədi “Rusiya Dəmir Yolları Logistik”in baş direktorunun birinci müavini Eduard Alırzayev və “Pacific Eurasia Logistics”in Baş Direktoru Fatih Nusret Dur imzaladılar.

 

“Birgə müəssisənin yaradılmasının məqsədi nəqliyyat-logistika fəaliyyəti və Rusiya Federasiyası ilə Türkiyə arasında ticarətin gələcək inkişafı olacaq və əsas vəzifələr Bakı-Tbilisi-Qars dəhlizi boyunca nəqletmə üçün Rusiya və Türkiyədə yük bazasının cəlb edilməsi, habelə müştərilərə geniş logistika xidmətləri təqdim eibarət olacaq”, - məlumatda bildirilir.

 

“RDY Logistik” SC 19 noyabr 2010-cu ildə “RDY” biznes holdinqin logistika istiqamətinin inkişafı çərçivəsində yaradılıb. 2018-ci ildə şirkət 63,2 mln. ton yük emal edib.

 

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Lakin bu dəhliz ilə illik yük daşınmasını 20-22 mln. tona çatdırmağı planlaşdırır. **

07.05.2019 13:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ