Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palata mənfəətlə işləməyə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata mənfəətlə işləməyə başlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2017-ci ili 3 milyon 887 min manat mənfəətlə başa vurub. Halbuki, qurum bir əvvəlki ildən 3 milyon 482 min manat zərərlə çıxmışdı.


31 Dekar 2017-ci il tarixində MBNP-nin cəmi aktivləri 14 milyon 640 min manat təşkil edib.

 

Qurumun maliyyə hesabatına görə, bu, 2016-ci il Dekabrın 31-nə nisbətən 38,6% çoxdur.

 

Hesabat dövründə MBNP-nin uzunmüddətli aktivləri 19,3% azalaraq 5 milyon 890 min manata düşüb, cari aktivləri isə 2,7 dəfə artaraq 8 milyon 750 min manata çatıb.

 

Ötən ilin əvvəlinə Palata 1,66 milyon manatlıq cəmi öhdəliklərə (illik müqayisədə 20,7% çox), 13,474 milyon manatlıq cəmi kapitala (40,4% çox) malik olub.

 

2017-ci ildə MBNP-nin əsas əməliyyat gəlirləri 15 milyon manat (7,1 dəfə çox), sair gəlirləri 182 min manat (91 dəfə çox), əməliyyat xərcləri 10 milyon 882 min manat (94,25% çox), debitor borcların dəyərsizləşməsi üzrə xərcləri 419 min manat (əvvəlki il olmayıb), sair xərcləri isə 4 min manat (4 dəfə çox) təşkil edib. Son nəticədə Palata ili 3 milyon 887 min manat mənfəətlə başa vurub. 

 

Xatırladaq ki, MBNP ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 5 milyon manatdır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

08.05.2019 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ